3-5 May 2025-ci il tarixlərində Beynəlxalq Xalça Festivalı keçirilir

3-4 may 2025-ci il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə baş tutan Beynəlxalq Xalça Festivalına Cənubi Qafqazın ən iri metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) də qatılıb.

Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstan kimi ölkələrin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Xalça Festivalı Azərbaycan xalçalarının gözəlliyini, özünəməxsusluğunu və zənginliyini nümayiş etdirməklə yanaşı, bu unikal irsin dünyada daha dərindən öyrənilməsinəqiymətləndirilməsinə töhfə verir.  

BSC, Azərbaycanın xalçaçılıq ənənələrinin metal sənayesi ilə vəhdətini nümayiş etdirmək məqsədilə, Beynəlxalq Xalça Festivalında üç ekspozisiya ilə təmsil olunur. Bunlar “Baku Steel Art 2024” Beynəlxalq Metal Simpoziumu çərçivəsində Türkiyəni təmsil edən heykəltəraş Nilhan Sesalanın yaratdığı “Köklərim üçün fidan”, Azərbaycan təmsilçisi, heykəltəraş Müşfiq Heydərovun ərsəyə gətirdiyi “Dəmir irs” və məxsusi olaraq hazırkı Festival üçün həmyerlimiz, heykəltəraş Jalə Əliyevin hazırladığı “İki ömrün şahidi” əsərləridir.

Hər kəsi İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalına dəvət edirik!

#BakuSteelCompany #BSC #InternationalCarpetFestival #İçərişəhər #Icherisheher

Əlaqə üçün