“Baku Steel Company” QSC (BSC) Qafqaz regionunun ən iri metallurgiya müəssisəsi və Azərbaycanın qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindən biri olmaqla yanaşı, həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) layihələri, eləcə də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) istiqamətində gördüyü işlərlə də öz dayanıqlı inkişaf prinsiplərinə sadiq qalır.
Ölkəmizin metallurgiya sənayesinin flaqmanı olan BSC mütəmadi olaraq müxtəlif sosial xarakterli layihələr həyata keçirir, həmçinin idmanın və təhsilin inkişafına dəstək verir, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasını və ətraf mühitin mühafizəsini diqqət mərkəzində saxlayır.
BSC-də davamlı inkişaf - idarəetmə modeli strategiyasının əsasını təşkil edir. Şirkət gələcək nəsillər üçün davamlı gələcəyi təmin edən ekoloji nəzarət, etik qərarların qəbulu və sosial məsuliyyətə üstünlük verən təcrübələrə sadiqdir. BSC Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq dayanıqlı inkişaf proqramlarının, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin uğurla icrasına diqqət yetirir və bununla bağlı mövcud təşəbbüsləri davam etdirir.
BSC bundan sonrakı fəaliyyəti boyunca da şəffaflığı, hesabatlılığı və etik qərarların qəbulunu təşviq edən möhkəm korporativ idarəetmə siyasətini davam etdirməyi hədəfləyir. Şirkətin rəhbərliyi ESG (Environmental, Sosial and Corporate Governance - Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə) və SDG (Sustainable Development Goals – Dayanıqlı İnkişaf Hədəfləri) təşəbbüslərinə nəzarət etmək, uzunmüddətli davamlılıq hədəflərinə uyğunluğu təmin etmək öhdəliyi götürür.