BSC Qrupunun tərkibinə bu yaxınlarda daxil olmuş Sumqayıt şəhərindəki Ferroərintilər istehsalat sahəsində FeSi75 sinfi səviyyəsində ferrosilisium istehsalı həyata keçirilir.

Ferroərintilər istehsalat sahəsində elektrikə, yaya, korroziyaya və istiliyə davamlı poladların və s. materialların əridilməsi üçün oksidləşdirici və legirlənmiş əlavələr kimi istifadə olunan müxtəlif keyfiyyətdə və fraksiyalarda (FeSi60% - FeSi75%, fraksiya 0-100 mm) ferrosilisium (FeSi) istehsal edilir. Müəssisənin istehsal gücü ildə 18.000 ton təşkil edir.

Ferroərintilər istehsalat sahəsinin əsas göstəriciləri:

  • Əsas istehlakçısı poladəritmə müəssisələri olan yüksək silisiumlu FeSi75 Ferroərintilər istehsalat sahəsindəki, maksimum gücü 33 MVA olan RKO-33 tipli sobada 21-23 MVA gücü ilə istehsal olunur.
  • Bu soba gündə 50 tona qədər FeSi75 istehsal etmək imkanına malikdir.
  • Müəssisənin ümumi istehsal gücü ayda 1500-1800 ton məhsul (istehsal olunan məhsulların markasından asılı olaraq) təşkil edir.
  • Aylıq istehsal gücünün 3600 tona çatdırılması üçün müəssisədə ikinci sobanın quraşdırılması istiqamətində işlər aparılır.
  • İstehsal olunan hər ton polad üçün təxminən 7 kq FeSi istehlak edilir.
  • Müəssisədə 172 işçi çalışır.
Əlaqə üçün