Miau

Nirit Levav Paker | İsrail

Nirit Levav Paker (Nirit Levav Packer) 1987-ci ildə ABŞ-nin Nyu-York şəhərindəki Parsons Dizayn Məktəbində moda təhsilini bitirib, modelyer kimi karyerasını inkişaf etdirdikdən sonra, özünü yeni sahələrdə sınamağa qərar verib. 2000-ci ildə, dəb sənayesi ilə paralel olaraq, incəsənətlə də məşğul olmağa başlayıb və zərgərlik sənəti, keramika və dəmir heykəltəraşlığı sahəsində biliklərini genişləndirib.

Nirit Levav Paker “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Miau” adlı əsər yaradıb: “Pişiklər şəhər həyatının ayrılmaz tərkib hissəsidir – onlar hər küncdədirlər, evlərimizə və qəlblərimizə yol tapıblar. Biz onları yedizdiririk, sığallayırıq və bunun müqabilində onlar bizə rahatlıq verirlər. Onlara qayğı göstərdikcə, bütün heyvanları qorumaq üçün daha dərin bir məsuliyyət hiss edirik. Təkrar emal edilmiş materiallardan hazırlanan heykəllərim, əzizlədiyimiz pişiklər kimi, toxunuşa və qarşılıqlı əlaqəyə dəvət edir. Bu iki ideyanı - pişiklər və davamlı sənəti birləşdirərək, mən planeti və onun canlılarını qorumaq borcumuzu ifadə edən əsərlər yaratmağı hədəfləyirəm”.

Əlaqə üçün