Nağıl şəhər
Rahib Qarayev | Azərbaycan
Rahib Qarayev 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) Heykəltəraşlıq ixtisası üzrə qəbul olunub, 2014-cü ildə eyni ixtisasın magistr pilləsini bitirib. ADRA-nın məzunu olduğu vaxtdan etibarən, bu ali məktəbdə Heykəltəraşlıq kafedrasının müəllimidir. 2018-2020-ci illərdə xalq rəssamı Ömər Eldarovun assistenti olaraq fəaliyyət göstərib. Heykəltəraş Zamik Rzayevlə birlikdə “Albert Aqarunov” heykəlinin həmmüəllifi, “Leonardo da Vinci” və “Bəhruzbəy Kəngərli” heykəllərinin isə müəllifidir. 2023-cü ildə Müasir İncəsənət Muzeyində ilk fərdi sərgisi keçirilib. Azərbaycan Rəssamlar İttifaqını üzvüdür.
Rahib Qarayev “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Nağıl şəhər” adlı əsər yaradıb: “Bu əsərin mərkəzi elementi - həyatı və bütün canlıların birliyini simvolizə edən metal bir ağacdır. Ondan əlavə, əsərdə 7 fərqli rəngdə ev, məişət əşyaları və velosiped sürən insan elementlərindən istifadə olunub. Ağac - güc, dirçəliş və ətraf mühitlə bağlılıq ideyasını, ev - dostluq, birlik və xoşbəxtliyi, velosiped sürən insan - ekoloji təmiz həyatı, məişət əşyaları - belə bir dünyanın mümkünlüyünü əks etdirir. “Nağıl şəhər” əsərinin yaradılmasında məqsəd ekosistemin əhəmiyyətini, onun fasiləsiz olaraq qorunmalı olduğunu xatırlatmaqdır”.

