Kənar gözlə özünü gör!
Rəşad Ələkbərov | Azərbaycan
Rəşad Ələkbərov təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bədii metal, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Təsviri incəsənət tarixi və nəzəriyyəsi, Bədii metal (layihələndirmə) ixtisasları üzrə alıb. Sənətkarın dünyanın müxtəlif ölkələrində 7 fərdi sərgisi keçirilib, o, çoxsaylı beynəlxalq qrup sərgilərinin və simpoziumlarının iştirakçısı olub. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır.
Rəşad Ələkbərov “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Kənar gözlə özünü gör!” adlı əsər yaradıb: “Bu quraşdırma kişi portretinin fraqmentidir. Göz bəbəyi güzgüdən hazırlanıb. İnsan güzgüdə öz əksini görmək üçün bir qədər əyilməlidir, səy göstərməlidir. Quraşdırmanın konsepsiyası insanın, hər bir sahədə olduğu kimi, məqsədə çatmaq üçün öz rahatlıq zonasından çıxmağını, baş verən qlobal dəyişikliklərə - həmçinin iqlim dəyişikliklərinə, ekoloji problemlərə adekvat reaksiyasını təbliğ edir”.

