Nizam-intizam transformasiyanın nəticəsidir

Teymur Qəribov | Azərbaycan

Teymur Qəribov Bakı İncəsənət Gimnaziyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təhsil alıb. Hazırda ADRA-da müəllim kimi fəaliyyət göstərir. İndiyədək müxtəlif yerli və beynəlxalq sərgilərdə və simpoziumlarda iştirak edib.

Teymur Qəribov “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Nizam-intizam transformasiyanın nəticəsidir” adlı əsər yaradıb: “Bu əsərin ismarıcı bir neçə mənalıdır, o, mövzuya fərqli bucaqdan baxmağa dəvət edir. Hər hansı ideya və ya mövzuya fərqli yanaşmalar ola bilər, bu əsər öz konsepsiyasında bir neçə hədəf alıb: hər bir məsələnin fərqli həlləri olduğunu göstərmək; transformasiyanı görmək və dəyişiklik prosesini izləmək; gördüyümüz işin nəticəsini anlamaq”.

Əlaqə üçün