Günəşi oyadaq
Jalə Əliyeva | Azərbaycan
Jalə Əliyeva Əzim Əzimzadə adına incəsənət kollecində Keramika, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. 2021-ci ildən ADRA-da Heykəltəraşlıq kafedrasının müəllimi vəzifəsində işləyir, 2022-ci ildən etibarən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Jalə Əliyeva «Baku Steel Art 2024» metal simpoziumu çərçivəsində “Günəşi oyadaq” heykəlini hazırlayıb. Əsər, insanla təbiət arasında unudulmuş harmoniyanı yenidən bərpa etməyə çağırışdır: “Günəş – həyatın və enerjinin mənbəyidir. O, hər canlıya yaşamaq üçün güc verir və təbiəti yenidən doğurur. Bu əsər, insanlara təbiətlə ahəng içində yaşamaları üçün bir çağırışdır. Şəhərlərimiz təbiətin bir hissəsi olmalı, binalar isə ağacların arasında, onların himayəsində ucalmalıdır. Yalnız bu cür balansla biz gələcək nəsillərə yaşıl, dayanıqlı və sağlam bir planet miras qoya bilərik”.

