Suyun rəqsi
Zəhra Əli Rahimi | İran
Zəhra Əli Rahimidir (Zahra Ali Rahimi) 1980-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olub. 2003-2008-ci illərdə Tehran Universitetinin İncəsənət fakültəsində “Heykəltəraşlıq“ ixtisası üzrə bakalavr təhsili alıb.
2008-ci ildən İran Heykəltəraşlar Assosiasiyasının (AIS), 2013-cü ildən isə Müasir İncəsənətin Təbliği İnstitutunun fəxri üzvüdür.
Zəhra Əli Rahimi “Baku Steel Art 2025“ simpoziumunda həyatın fasiləsiz axınını təcəssüm etdirən “Suyun rəqsi” adlı əsərini təqdim edib. “Bu kompozisiya suyun zərifliyini və gücünü ifadə edir. Hər bir dalğa və cizgi fasiləsiz hərəkətdə anidən donur, dəyişim və transformasiya ritmini oyadır. Bu əsər təbiətin harmoniyasını və bütün canlı varlıqların bir-birinə bağlılığını əks etdirir, tamaşaçılar isə suyun rəqsinə qərq olurlar.”

