Əbədi dövran

Leyla Ağadiyeva | Azərbaycan

Leyla Ağadiyeva 2003-cü ildə Bakı şəhərində anadan olub. 2018-2022-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasının (ARA) nəzdində İncəsənət kollecində “Dekorativ tətbiqi sənət“ ixtisası üzrə oxuyub. Hazırda ARA-da bakalavr təhsilini bu istiqamətdə davam etdirir.

Leyla AğadiyevaBaku Steel Art 2025“ simpoziumunda “Əbədi dövran“ adlı əsər yaradıb. ““Əbədi Dövran“ - həm damla, həm yarpaq formasında su ilə təbiəti - həyatın iki əsas başlanğıcını birləşdirən arxetipik bir simvol kimi qurulub. Damla - planetin yaddaşını enerjisini daşıyan başlanğıcdır. Yarpaq - Yer kürəsinin nəfəsi, suyun daşıyıcısı tarazlığın rəmzidir, özündə yenilənmənin, böyümənin saflığın qüdrətini daşıyır.

Damladan çıxan budaq dalğavari xətlər görünməz hava axınlarını, təbiətin nəfəsini həyatın titrəyən ritmini təsvir edir. Əsərin dəmir materialı möhkəmliyi, davamlılığı insanın təbiətə müdaxiləsini təcəssüm etdirir.

Bu heykəl dörd ünsürünsu, hava, torpaq metalınsəssiz söhbətinə çevrilir tamaşaçının ağlında sual yaradır: biz bu incə tarazlığı necə qoruya bilərik? Çünki məhz bu ünsürlərin birliyində bəşəriyyətin sabahı gizlidir.

Əlaqə üçün