SAP S/4HANA sisteminin tətbiqi.
Tenderin predmeti: SAP S/4HANA sisteminin tətbiqi.
16 mart 2024-cü il tarixində "Baku Steel Company" QSC-nin rəsmi internet səhifəsində "SAP S/4HANA sisteminin tətbiqi" mövzusunda elan edilmiş “Açıq tender”-ə dair ilkin sənədlərin və qiymət təklifi sənədinin gəbulu vaxtı 12. Aprel 2024-cü il saat 18.00-dək uzadılmışdır.
Açıq tenderdə iştirak etmək istəyən şirkətlər sənədləri Cəmiyyətin tender@bakusteel.com elektron poçt ünvanına göndərə və ya yazılı şəkildə Bakı şəhəri, Mir Cəlal küç., 15 (Dərnəgül şosesi) ünvanında yerləşən Baş ofisinə təqdim edə bilərlər.
Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir!
Diqqət! Şifrələnməmiş təkliflər nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!
Şifrələnmiş təklif faylı 12 aprel 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin tender@bakusteel.com ünvanına, şifrəni (“password”) isə password@bakusteel.com ünvanına göndərməyiniz tələb olunur. Hər iki ünvana yollanan məktubların “Subject” (Mövzu) hissəsində Satınalma predmetinin adını qeyd etmək mütləqdir!
Password(kod) göndərildikdə şifrəni daha mürəkkəb formada yazmağınız tələb olunur.
Diqqət! Həm Təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən təchizatçının təklifi nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!
“Açıq tender” üzrə təkliflərin açılışı ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri daxil olan təkliflərin açılışda iştirak edə bilərlər.
İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında tender@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.