Boru izolyasiyası üçün avadanlıq

Elan No: 011 Elanın tarixi: 15.05.2024 Son müraciət tarixi: 24.05.2024

Tenderin predmeti: Boru izolyasiyası üçün avadanlıq

Tenderdə xidmət və işçilik haqqı nəzərdə tutulur.

Tender iştirakçıları Cəmiyyətin müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com ) və ya yazılı şəkildə (Nərimanov rayonu, Mir-Cəlal küç. 15 (Dərnəgül), Bakı, Azərbaycan) “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 21 may 2024-cü il saat 18:00-a qədər “PDF” formatında, “Kommersiya təklifi” sənədini isə 24 may 2024-cü il saat 18:00-a qədər “Excel” formatında tender@bakusteel.com ünvanına göndərməlidir.

İlkin sənədlər:

1.    Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

2.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

3.    İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);

4.    İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

5.    İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)

6.    İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

7.    Əlavədə olan PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

 

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi   Əli Yaqubov

Email: a.yaqubov@bakusteel.com

Əlaqə telefonu: (010) 250 34 34

(012) 490 08 00 ext. 3624

 

 

Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir!

 

Diqqət! Şifrələnməmiş təkliflər nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!

 

Şifrələnmiş təklif faylı 24 may 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin tender@bakusteel.com ünvanına, şifrəni (“password”)  isə password@bakusteel.com ünvanına göndərməyiniz tələb olunur. Hər iki ünvana yollanan məktubların “Subject”(Mövzu) hissəsində Satınalma predmetinin adını qeyd etmək mütləqdir!

Password(kod) göndərildikdə şifrəni daha mürəkkəb formada yazmağınız tələb olunur.

 

Diqqət! Həm Təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən təchizatçının təklifi nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!

Əlaqə üçün