Boru izolyasiyası üçün avadanlıq
15 May 2024-cü il tarixində "Baku Steel Company" QSC-nin rəsmi internet səhifəsində "Boru izolyasiyası üçün avadanlıq" mövzusunda elan edilmiş “Açıq tender”-ə dair ilkin və kommersiya təklifi sənədlərinin qəbulu vaxtı 28 İyun 2024-cü il saat 18.00-dək uzadılmışdır.
Tenderin predmeti: Boru izolyasiyası üçün avadanlıq.
Tenderdə xidmət və işçilik haqqı nəzərdə tutulur.
Tender iştirakçıları “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciəti Cəmiyyətin müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş Ofisə (Nərimanov rayonu, Mir-Cəlal küç. 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri “PDF”, “Kommersiya təklifi” sənədini isə “Excel” formatında 28 İyun 2024-cü il saat 18:00-a qədər tender@bakusteel.com elektron poçt ünvanına göndərməlidir.
İlkin sənədlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
5. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar);
6. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
7. Əlavədə olan PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi (mütləqdir).
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.
Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.
Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi Əli Yaqubov
Email: a.yaqubov@bakusteel.com
Əlaqə telefonu: (010) 250 34 34
(012) 490 08 00 ext. 3624