"Baku Steel Company" QSC-də təmir-tikinti, təmizlik işləri üzrə "Açıq tender"

Elan No: 016 Elanın tarixi: 20.06.2024 Son müraciət tarixi: 24.06.2024

31 May 2024-cü il tarixində “"Baku Steel Company" QSC-də təmir-tikinti, təmizlik işləri” mövzusunda elan edilmiş “Açıq tender”-ə dair sənədlərin qəbulu vaxtı 24. İyun 2024-cü il saat 18.00-dək uzadılmışdır.

Tenderin predmeti: MRF 39920 / MRF 39921 / MRF 39922 “Baku Steel Company" QSC-də təmir-tikinti, təmizlik işləri.

Tenderdə xidmət və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır (AZN).

Təchizatçılar elan əsasında “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciəti Cəmiyyətin müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş Ofisə (Nərimanov rayonu, Mir-Cəlal küç. 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.

Tender iştirakçıları aşağıda qeyd olunmuş ilkin sənədləri “PDF”, “Kommersiya təklifi” sənədini isə “Excel” formatında 24 İyun 2024-cü il saat 18:00-a qədər Cəmiyyətin tender@bakusteel.com elektron poçt ünvanına göndərməlidirlər.

İlkin sənədlər:

1.   Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

2.   Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.   Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

4.   İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);

5.   İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

6.   İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)

7.   İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

8.   Əlavədə olan PPQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər iştirak haqqı ödənilməsinə baxmayaraq tenderdən kənarlaşdırılacaq.

Şərtlər toplusu əldə edildikdən sonra kommersiya təklifi 24 İyun 2024-cü il saat 18:00-dək təqdim edilməlidir.

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi: Əli Yaqubov

Email: a.yaqubov@bakusteel.com

Əlaqə telefonu: (010) 250 34 34

                            (012) 490 08 00 ext. 3624

 

Əlaqə üçün