Mexaniki yastıqların (Bearings) satın alınması

Elan No: 021 Elanın tarixi: 29.07.2024 Son müraciət tarixi: 02.08.2024

05 İyul 2024-cü il tarixində "Baku Steel Company" QSC-nin rəsmi internet səhifəsində "Mexaniki yastıqların (Bearings) satın alınması" mövzusunda elan edilmiş “Açıq tender”-ə dair ilkin və kommersiya təklifi sənədlərinin qəbulu vaxtı 02 Avqust 2024-cü il saat 18:00-dək uzadılmışdır.

 

Tenderin predmeti: Yastıqlar (Bearings)

Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.

Elan əsasında “Açıq tender”-də iştirak etmək istəyən təchizatçılar niyyəti barədə müraciəti Cəmiyyətin müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş Ofisə (Nərimanov rayonu, Mir-Cəlal küç. 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.

Tender iştirakçıları aşağıda qeyd olunmuş ilkin sənədləri “PDF”“Kommersiya təklifi” sənədini isə “Excel” formatında 02 Avqust 2024-cü il Bakı vaxtı ilə saat 18:00-a qədər Cəmiyyətin tender@bakusteel.com elektron poçt ünvanına göndərməlidirlər.

 

İlkin sənədlər:

1.     Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

2.     Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

3.     İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);

4.     İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

5.     İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar);

6.     İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

7.     Əlavədə olan PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir).

İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.

Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi   Əbdülrəhman Adıgözəlov

Email: a.adigozalov@bakusteel.com  

Əlaqə telefonu: (+994 50) 300 75 75

(012) 490 08 00 ext. 7001

Əlaqə üçün