Ağır rejimli M8 və elektrik körpülü kranlar
05 İyul 2024-cü il tarixində "Baku Steel Company" QSC-nin rəsmi internet səhifəsində "Ağır rejimli M8 və elektrik körpülü kranlar" mövzusunda elan edilmiş “Açıq tender”-ə dair ilkin və kommersiya təklifi sənədlərinin qəbulu vaxtı 06 Sentyabr 2024-cü il saat 18:00-dək uzadılmışdır.
Tenderin predmeti: Ağır rejimli M8 və elektrik körpülü kranlar
Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.
Elan əsasında “Açıq tender”-də iştirak etmək istəyən təchizatçılar niyyəti barədə müraciəti Cəmiyyətin müvafiq elektron poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş Ofisə (Nərimanov rayonu, Mir-Cəlal küç. 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər.
Tender iştirakçıları aşağıda qeyd olunmuş ilkin sənədləri “PDF”, “Kommersiya təklifi” sənədini isə “Excel” formatında 06 Sentyabr 2024-cü il Bakı vaxtı ilə saat 18:00-a qədər Cəmiyyətin tender@bakusteel.com elektron poçt ünvanına göndərməlidirlər.
İlkin sənədlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);
4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
5. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar);
6. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);
7. Əlavədə olan PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir).
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan Cəmiyyət tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər.
Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq.
Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi Əbdülrəhman Adıgözəlov
Email: a.adigozalov@bakusteel.com
Əlaqə telefonu: (+994 50) 300 75 75
(012) 490 08 00 ext. 7001
Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir!
Diqqət! Şifrələnməmiş təkliflər nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!
Şifrələnmiş təklif faylı 06 Sentyabr 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin tender@bakusteel.com ünvanına, şifrəni (“password”) isə password@bakusteel.com ünvanına göndərməyiniz tələb olunur. Hər iki ünvana yollanan məktubların “Subject”(Mövzu) hissəsində Satınalma predmetinin adını qeyd etmək mütləqdir!
Password(kod) göndərildikdə şifrəni daha mürəkkəb formada yazmağınız tələb olunur.
Diqqət! Həm Təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən təchizatçının təklifi nəzərə alınmayacaq və Açıq tender prosedurundan kənarlaşdırılacaq!