Kral - Aslan
Haribaabu Naatesan | Hindistan
Haribaabu Naatesan təhsilini Hindistanın Çennai şəhərindəki Dövlət Rəssamıq Kollecində Vizual kommunikasiya dizaynı, daha sonra Əhmədabad şəhərindəki Milli Dizayn İnstitutunda Animasiya filmi dizaynı ixtisasları üzrə alıb.
Haribaabu Naatesan “Baku Steel Art 2024” metal simpoziumu çərçivəsində “Kral – Aslan” adlı əsər yaradıb: “Bu heykəl tamamilə zavodun özündən tapılan metal tullantılarından hazırlanıb. Onu hazırlamaq üçün təxminən 3 ton metal tullantısından istifadə etmişəm. Elm bizə deyir ki, “maddə və enerji yaradıla və ya məhv edilə bilməz, onlar yalnız formasını dəyişir”. Hər sonda bir başlanğıc var. Mən atılmış materialları görəndə canlanmağı gözləyən bir ruh görürəm və yaradıram”.

