O üzür

Kamran Əsədov | Azərbaycan

Kamran Əsədov 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq“ ixtisası üzrə 2007-2011-ci illərdə bakalavr, 2011-2013-cü illərdə isə magistr dərəcələri təhsili alıb.

2018–2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2017–2023- illərdə Xəzər Universitetində müəllim işləyib. 2016-ci ildən indiyədək isə Azərbaycan Dövlət Kukla Teatrında heykəltəraş kimi çalışır. 2015-ci ildən Azərbaycan Gənc Rəssamlar İttifaqının, 2024- ildən isə Beynəlxalq Rəssamlar İttifaqının üzvüdür.

Kamran Əsədov “Baku Steel Art 2025“ simpoziumunda “O üzür“ adlı əsər yaradıb. “Uşaq ikən biz kağızdan nazik, qatlanaraq düzələdilmiş, amma suda üzə bilən qayıqlar hazırlayıb, onları suya buraxardıq. Onların suda necə hərəkət edəcəyini bilmirdik, lakin inanırdıq ki, su onları daşıyacaq. Sonralar öyrəndik ki, hətta metal da üzə bilir; forması düzgün olduqda, su ən ağır formaları belə daşımağa qadirdir.

Bu heykəl suya dair bir meditasiyadır, o, müqavimət göstərmədən hər şeyi qəbul edən bir güc, yaddaşı, ağırlığı oyunu özündə saxlayan bir mühitdir. Dalğalar sərt boru konstruksiyalarından yaranır, üzərində isə sanki kağızdan qatlanmış kimi görünən metal qayıq dayanır. Uşaqlıq xatirələrimizdə olduğu kimi, o üzməməli olduğu halda üzür bir möcüzə, təəccüb təbiətin paradoksal tarazlığını hiss etdirir.

Əlaqə üçün