Təravət

Cengiz Yüzsever | Türkiyə

Cengiz Yüzsever 1967-ci ildə Türkiyə Respublikasının İstanbul şəhəri, Böyükadada anadan olub. 1985-1989-cu illərdə İstanbulda Mimar Sinan Universitetinin Heykəltəraşlıq üzrə incəsənət fakültəsində ali təhsil alıb.

Cengiz YüzseverBaku Steel Art 2025“ simpoziumunda “Təravət“ adlı kompozisiya ərsəyə gətirib. “Bu əsərdə insan hərəkətini və hisslərini suyun ritmi ilə birləşdirməyə çalışdım. Suyun içinə atlanan fiqur, hərəkətlər ardıcıllığında tək bir an kimi görünür, həm öncəni, həm də sonranı özündə daşıyır. Mən bu ardıcıllığın ən saf, ən zərif anını – suya dalışı və onun gətirdiyi yüngüllük hissini vurğulamaq istədim.

Fiqurun başındakı top formalı əlavələr onun daxili dünyasını, həyəcan və rahatlıq hissini əks etdirir. Hər bir detal, bu anın dinamizmini və emosional intensivliyini tamaşaçıya ötürür. Suyu simvolizə edən spiral isə atlayışın hərəkətini, suyun axını ilə birləşən ritmi və harmoniyanı göstərir.

Bu abidə yalnız hərəkəti deyil, həm də duyğunu, gərginliyi və sərbəstliyi əks etdirir, tamaşaçıya su ilə bir anlıq birləşmə, təravət və həyatın ritmini hiss etmə fürsəti verir.“

Əlaqə üçün