İki ömrün şahidi

Jalə Əliyeva | Azərbaycan

Jalə Əliyeva Əzim Əzimzadə adına incəsənət kollecində Keramika, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. 2021-ci ildən ADRA-da Heykəltəraşlıq kafedrasının müəllimi vəzifəsində işləyir, 2022-ci ildən etibarən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Jalə Əliyeva 2025-ci ildə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “İki ömrün şahidi” adlı yeni əsər ərsəyə gətirib: “Xalça, ümumiyyətlə, hər evdə olan dəyərli bir əsərdir və o, təbii ki, orada yaşanan hər bir hadisəyə şahid olur. Bu kompozisiyada iki stul - iki insanı əks etdirir və onların yaşadığı bir ömrə şahidlik edir. Kompozisiyada mərkəzdə olan romb şəkilli və digər naxışlar xalçaçı-rəssam Lətif Kərimovun əsərlərində tez-tez istifadə etdiyi qədim türk ornamentidir. Əlavə olaraq, burada təbiətə aid yarpaq motivləri də yer alır”.

Əlaqə üçün