“Baku Steel Company” QSC-nin fasonlu tökmə sexi ölkə daxilində və xaricində istifadə olunan neft avadanlıqlarının ehtiyat hissələrinin çuqun və poladdan tökülməsi prosesinin yerinə yetirildiyi ixtisaslaşmış sahədir.

Fasonlu tökmə sexi aşağıda qeyd olunan sahələrdən ibarətdir:

  • Model sahəsi: bu sahədə müəssisəyə daxil olan çuqun və poladdan olan tökmə sifarişlərin modeli ağac materialından hazırlanır.
  • Qum qurutma və qəlib qarışığı hazırlama sahəsi: bu sahədə qəlib qarışığının hazırlanması üçün qızdırıcı barabanda qumun qurudulması baş verir, daha sonra qəlib qarışığı hazırlanma sahəsinə nəql edilir. Qəlib qarışığı xüsusi qarışdırıcıda quru kvars qumu, maye şüşə və suda həll olunan qələvilərdən istifadə olunaraq hazırlanır. O, hazırlandıqdan sonra lentli konveyerlər vasitəsilə qəlibləmə və tökmə sexinə göndərilir. Verilmiş qəlib qarışığı bunkerlərə doldurulur, müxtəlif detalların əl və ya qəlibləmə maşını ilə qəliblənməsi işləri aparılır. Qəlib qarışığı qəlib qutularında qəliblənir, qəliblənmiş alt və üst yarım-qəliblərin qurudulması üçün qızdırıcı kameradan istifadə olunur.
  • İçlik vurma sahəsi: bu sahədə tökmələrin formasının alınması üçün müxtəlif ölçüdə xüsusi hazırlanmış içlik qarışığından istifadə etməklə içlik hazırlanır və qızdırıcı kamerada qurudulur. Qəliblənmiş alt və üst yarım-qəliblər hava ilə təmizləndikdən sonra odadavamlı rənglə rənglənir, sonra alt və üst yarım-qəliblər üst-üstə yığılır, bərkidilir və maye metalın tökülməsi üçün hazırlanır. Metal tökmə sahəsində 4 tonluq induksion sobada əridilir, daha sonra əridilmiş maye metal çalova tökülür.
  • Silkələmə sahəsi: bu sahədə qəliblərə tökülmüş detallar yanmış torpaqdan çıxarılır və təmizləmə sahəsinə göndərilir. Təmizləmə sahəsində detallar torpaqdan təmizlənir, əlavəliklər kəsilir və tökmələr qırma atıcı barabanda tam təmizlənir, sonra satışa göndərilir.
  • Fasonlu tökmə sahəsi: bu sahədə müxtəlif ölçülü yayma valları hazırlanır və tökülür. Tökülmüş yayma valları termik sobaya göndərilir. Tabalma, normalaşdırma və tabəksiltmə prosesi yerinə yetirilir.

Fasonlu tökmələr nədir?

Formalı tökmə mürəkkəb formalara və mürəkkəb detallara malik metal hissələri yaratmaq üçün istifadə edilən xüsusi tökmə prosesidir. ənənəvi tökmə üsullarından fərqli olaraq, formalı tökmə istənilən hissənin xüsusi formasına və dizaynına uyğun olaraq xüsusi hazırlanmışdır. Fasonlu tökmələr mürəkkəb formalara və yüksək ölçülü dəqiqliyə malik metal hissələrin istehsalına imkan verdiyindən onlar çoxyönlü və dəqiq istehsal prosesinin icrası üçün əvəzolunmazdır.

Fasonlu tökmələr və üstünlükləri

Fasonlu tökmələrin bir çox üstünlükləri vardır ki, onları aşağıdakı kimi sıralaya bilərik:

1.     Onlar mürəkkəb həndəsələri olan hissələrin istehsalına imkan verir.

2.     Yüksək ölçülü dəqiqliyi və təkrarlanmağı təmin edir.

3.     Böyük istehsal həcmləri üçün sərfəli ola bilər.

Fasonlu tökmələr istehsal olunan hissənin dəqiq spesifikasiyasına uyğun olaraq xüsusi hazırlanmış qəliblərdən istifadə olunaraq istehsal edilməsini asanlaşdırır.

Fasonlu tökmə qiymətləri

Fasonlu tökmə qiymətləri ilə tanış olmaq bizimlə əlaqə yarada bilərsiniz. Ölkədə ən yaxşı təmir-tikinti materialı istehsal edən poladəritmə müəssisəsi sizin üçün yüksək keyfiyyətli, davamlı və dayanıqlı, müasir standartlara cavab verən fasonlu tökmələr təklif edir.

 

Əlaqə üçün