Müxtəlif növ texnika və nəqliyyat vasitələrinin icarəsi

Elan No: 029 Elanın tarixi: 2 gün əvvəl Son müraciət tarixi: 26.12.2024

      1. Tenderin predmeti və iştirak haqqı

Müxtəlif növ texnika və nəqliyyat vasitələrinin icarəsi

Tender predmetində xidmət və işçilik haqqı nəzərdə tutulur.

Tenderdə iştirak haqqı nəzərdə tutulmur!

2. “Açıq tenderdə” iştirak üçün müraciət

Tender iştirakçıları Cəmiyyətin “Satınalmalar və Təchizat departamentinin” müvafiq elektron poçt ünvanına tender@bakusteel.com “Açıq tender”-də iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.

Elan əsasında iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 18 Dekabr 2024-cü il saat 18:00-a PDF formatında  tender@bakusteel.com   ünvanına göndərməlidir:

3. İlkin sənədlər

1.    Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

2.    Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

4.    İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti);

5.    İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

6.    İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar)

7.    İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat);

8.    Əlavədə olan PQQ - Potensial təchizatçıların ixtisas uyğunluğunun yoxlanılması üçün sorğu anketi formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi; (mütləqdir)

4. Müsabiqəyə buraxılış

İlkin kvalifikasiyadan keçmiş iddiaçılar “Açıq tender” üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra “Açıq tender” müsabiqəsinə buraxılacaqlar.

5. “Açıq tender” ilə bağlı vəzifəli şəxs

İddiaçılara (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsi   Əbdülrəhman Adıgözəlov

Email: a.adigozalov@bakusteel.com

Əlaqə telefonu: (+99450) 300 75 75

(+99412) 490 08 00 ext. 7001

6.  Təkliflərin göndərilməsi qaydaları

Təkliflər iki hissədən ibarətdir – “Texniki təklif” ( təklif olunan malların texniki xüsusiyyətləri / xidmətin və ya işin həcmi, üsulu və hesabatı) və “Qiymət təklifi” (qiymət cədvəli).

İddiaçılardan aşağıda göstərilən qaydalara əsasən təkliflərin  göndərilməsi tələb olunur. Qaydalara riayət etməyən iddiaçı müsabiqədən kənarlaşdırılacaq. (bax 8-ci bənd)

Hər iddiaçı iki şifrələnmiş faylları - tender@bakusteel.com  ünvanına yollamalıdir:

1.         “Texniki təklif”

2.         “Qiymət təklifi”

Hər iki təklif bir məktubla ayrı-ayrılıqda fərqli şifrələnmiş fayllarda göndərilməlidir!

Eyni zamanda YALNIZ “Texniki təklifi”-nə aid faylın şifrəsi (“password”) password@bakusteel.com  ünvanına göndərilməlidir.

“Qiymət təklifi” faylına aid şifrə GÖNDƏRİLMƏMƏLİDİR.  Bu fayla aid şifrə YALNIZ məlumat mübadiləsini aparan Cəmiyyətin vəzifəli şəxsin iddiaçıya müraciət etdikdən sonra göndərilməlidir!

Təkliflərinizi “Excel” proqramında hazırlayaraq “password” ilə şifrələmək mütləqdir! (“password” ilə “Excel” faylı şifrələmə təlimatı bu məktuba əlavə olunur).

Yalnız “Texniki təklif”-ə müsbət texniki rəy alan iddiaçılardan “Qiymət təklifi”-nə aid şifrə (“password”) istəniləcək. “Texniki təklifə” mənfi rəy alan iddiaçının “Qiymət təklifi” nəzərə alınmayacaq.

Şifrələnmiş “Texniki təklif” və “Qiymət təklifi” faylları 26 Dekabr 2024-cü il saat 18:00-a qədər “Baku Steel Company” QSC-nin tender@bakusteel.com  ünvanına, “Texniki təklifi” -nə aid şifrə (password) isə password@bakusteel.com   göndərməyiniz tələb olunur.

Hər iki ünvana ( tender@bakusteel.com  və password@bakusteel.com ) yollanan məktubların “Subject”(Mövzu) hissəsində Satınalma predmetinin (1-ci bəndə qeyd olunan) adını qeyd etmək mütləqdir!

“Qiymət təklifi”- yollayarkən qiymət təklifi təminatı təqdim edilməlidir! “Qiymət təklifi” təminatın müddəti “Qiymət təklifi” açıldıqdan sonra ən azı 30 iş günü təşkil etməlidir.

Şifrəni (password) göndərildikdə şifrəni daha mürəkkəb formada yazmağınız tələb olunur.

7. Təkliflərin açılışı

“Açıq tender” üzrə, yalnız “Qiymət təklifi” faylların açılışı iddiaçıların iştirakı ilə ZOOM Call vasitəsi ilə keçiriləcəkdir. “Qiymət təklifi” faylların açılışı tarixi və saatı barədə tender ilə bağlı vəzifəli şəxs tərəfindən əlavə məlumat veriləcək. İddiaçıların səlahiyyətli nümayəndələri daxil olan “Qiymət təklifi” faylların açılışda iştirak edə bilərlər.

İştirak etmək istəyi olduqda səlahiyyətli nümayəndələr təmsil etdikləri şirkət tərəfindən vəkalətnamə təqdim etməlidirlər. Səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsinin və vəkalətnamənin sürətini PDF formatında tender@bakusteel.com ünvanına açılışdan ən geci 1(bir) iş günü öncə yollamağınız tələb olunur.

8. “Açıq tender” müsabiqəsindən kənarlaşdırma şərtləri – DİQQƏT!

8.1. İlkin kvalifikasiyadan keçməyən iddiaçılara “Açıq tender” üzrə iştirak haqqı geri qaytarılacaq və müsabiqədən kənarlaşdırılacaq.

8.2. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər iştirak haqqı ödənilməsinə baxmayaraq tenderdən kənarlaşdırılacaq və iştirak haqqı geri qaytarılmayacaq.

8.3. ŞİFRƏLƏNMƏMİŞ təklif faylları nəzərə alınmayacaq və buna yol verən iddiaçıların təklifləri ödəniş haqqı geri qaytarılmadan tender müsabiqəsindən kənarlaşdırılacaq!

8.4. Həm təkliflər, həm də “password” göstərilən e-mail ünvanlarından yalnız bir ünvana göndərilərsə, buna yol verən iddiaçının təklifi nəzərə alınmayacaq və “Açıq tender” prosedurundan iştirak haqqı ödənilməsinə baxmayaraq kənarlaşdırılacaq!

8.5. “Texniki təklif” və “Qiymət təklifi” bir faylda göndərilərsə buna yol verən iddiaçının təklifi nəzərə alınmayacaq və “Açıq tender” prosedurundan iştirak haqqı ödənilməsinə baxmayaraq kənarlaşdırılacaq və iştirak haqqı geri qaytarılmayacaq!

      9. Təkliflərin dəyərləndirmə meyarları

1. Qiymət: – “Excel” faylda göstərilən ölçü vahidi üzrə;

2. Ödəniş şərtləri: -  (Ödəniş şərti “Mallar, İşlər və Xidmətlər təhvil verildikdən sonra” kimi təklif edən iddiaçıya üstünlük verilir). Avans ödənişi tələb olunduqda avans faizini(%) qeyd edilsin. Avans ödənişləri üçün mütləq İcra qarantiyası (bankdan müvafiq sənəd) təqdim edilməlidir;

3. Ödəniş müddəti: Xidmət üzrə təhvil-təslim aktları təhvil verildikdən sonra minimum 30 təqvim günü ərzində. (31 və daha çox təqvim günü təqdim edən iddiaçıya bu meyar üzrə üstünlük veriləcək);

4.  Keyfiyyət/Uyğunluq standartı: - (məsələn: İSO və ya digər ekvivalent beynəlxalq standartlar, lisenziyalar, arayışlar);

5.  Nümunə/Spesifikasiyaya uyğunluq: - (“Excel” faylda göstərilən texnikalar üzrə);

6.  Oxşar işlər: – referens məktublarına (digər şirkətlərdən tövsiyə məktublarına) əsasən;

7.  İşçi heyəti: tələb olunan say (tələb olunursa);

8.  Maddi və texniki baza: (Potensial təchizatçıların ixtisas uyğunluğunun yoxlanılması üçün sorğu anketinə əsasən -PQQ);

9. Çatdırılma müddəti: Cəmiyyətin tələbinə əsasən


10. “Açıq tender” predmetinə aid ŞƏRTLƏR

Əlavə olunmuş “Excel” faylda şərtlər ilə tanış ola bilərsiniz.

 

Əlaqə üçün